Çərşənbə, 08 May

"Liverpul" - "Mançester Siti" oyununda dörd qol vuruldu

image

Oktyabrın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Xəbər verilir ki, "Enfild" stadionunda keçirilən görüşdə iki əzəli rəqib - "Liverpul" və "Mançester Siti" komandaları üz-üzə gəlib.

Oyunda hesabı meydan sahibləri matçın 59-cü dəqiqəsində açıb. Sadio Mane Məhəmməd Salahın ötürməsini qola çevirib - 1:0. Oyunun 69-cı dəqiqəsində “Mançester Siti” hesaba tarazlıq gətirib. Phil Fodenin cinahdan uzaq küncə vurduğu zərbə dəqiq olub - 1:1.

Qarşılaşmanın 76-cı dəqiqəsində "Liverpul" yenidən hesabda önə çıxıb. Bu dəfə Məhəmməd Salah özü fərqlənib. Bu da oyunda son qol olmayıb. Görüşün 81-ci dəqiqəsində Mançester təmsilçisi yenidən hesabı bərabərləşdirib. Komandanın lideri Kevin de Brüyne komandasını məğlubiyyətdən xilas edib - 2:2. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bu nəticədən sonra 15 xalı olan "Liverpul" ikinci, "Mançester Siti" isə 14 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti turda "Mançester Siti" öz meydanında "Börnli", "Liverpul" isə səfərdə "Vatford" klubu ilə qarşılaşacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32